Pakistanda temperatur 50 dərəcəyə çatıb
Pakistanda isti hava dalğası ölkənin müxtəlif bölgələrində təsirli olub. Bu gün ölkədə termometrlərin 50 dərəcəni göstərib.Bu isə ciddi problemlərə yol açıb. Pakistan Meteorologiya İdarəsindən verilən açıqlamada Lahorda temperaturun 43 dərəcəyə yüksəldiyi, rütubətin isə yüzdə 17 olaraq ölçüldüyü qeyd edilib.
Mayın 27-dək Lahorda isti hava şəraitinin təsirli olacağı, ölkənin müxtəlif şəhərlərində temperaturun 40 dərəcədən yuxarı olacağı bildirilib. Termometrlər ölkənin Sind əyalətində Dadu və Moenjodaroda 50, Navabşah və Sukkurda 49, Mithidə 46, Bəlucistan əyalətində Sibi və Turbatda 48, Pəncab əyalətində yerləşən Bahavalpurda isə 47 dərəcə isti göstərib. Kəraçidə temperatur 36 dərəcə, rütubət isə yüzdə 50 olaraq açıqlanıb.
Pakistan rəsmiləri isti vurması səbəbindən əhaliyə ölüm riskləri barədə xəbərdarlıq edib. Açıqlamada zərurət olmadıqca çölə çıxmamaq tövsiyə edilib.
Qeyd edək ki, 2015-ci ildə ölkədə müşahidə edilən həddindən artıq istilər zamanı termometrlər 49 dərəcəni göstərmişdi. Bu isə əsasən Karaçi şəhərində susuzluq və isti vurması nəticəsində təxminən 2 min insanın ölümünə səbəb olmuşdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...