Pakistanda sərnişin avtobusu çaya düşüb
Pakistanın Gilgit Baltistan bölgəsində çaya düşən sərnişin avtobusunda ilkin məlumata görə, 18 nəfər həyatını itirib.
Hökumət sözçüsü Feyzullah Fərqan toy üçün ölkənin şimalında Gilgit Baltistandan hərəkət edən sərnişin avtobusunun çaya düşməsi ilə bağlı açıqlama verib.
Fərqan ilkin təsbitlərə görə avtobusda olan sərnişinlərdən 18-nin həyatını itirdiyini, qalanlar üçün axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Pakistan prezidenti Asif Əli Zərdari qəzada həyatını itirənlərin yaxınlarına başsağlığı verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...