22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pakistanda mülki şəxslərə hücum: 1 ölü, 10 yaralı

15-08-2024
IMG

Pakistanın Bəlucistan əyalətində otelin qarşısında dinc sakinlərə əl qumbarasının atılması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.Silahli hücumu Kvettada separatçı Bəlucistan Azadlıq Ordusu həyata keçirib.Bu, ölkənin müstəqilliyinin ildönümünün qeyd edildiyi günlərdə Kvettada həyata keçirilən üçüncü hücumdur.

Qeyd edək ki, Bəlucistanda son onilliklərdə separatçı hərəkatlar fəallaşıb. 2000-ci ildə qurulan Bəlucistan Azadlıq Ordusu Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəni Bəluc xalqının idarə etməsini istəyir. Bu səbəbdən də təşkilat Pakistan təhlükəsizlik qüvvələrini, hüquq-mühafizə orqanları əməkdaşlarını və mülki şəxsləri hədəf alan hücumlar həyata keçirir.

Pakistanın ən böyük əyaləti olan Bəlucistan ölkədə yoxsulluğun ən yüksək olduğu bölgədir. Üsyançılar iddia edirlər ki, bölgə əhalisi Bəlucistanın zəngin yeraltı sərvətlərindən ədalətli şəkildə faydalana bilmir.

Paylaş: