Pakistanda musson yağışları 260 nəfərin həyatına son qoyub
Pakistanda iyulun 1-dən bəri yağan musson yağışlarının səbəb olduğu təbii fəlakətlərdə həyatını itirənlərin sayı 260-a yüksəlib. Musson yağışları Pakistanda həyata mənfi təsir etməkdə davam edir.
Pəncab əyalətində 98, Xeyber Paxtunxva əyalətində 77, Sind əyalətində 55, Bəlucistan əyalətində isə 30 nəfər ölüb. Pəncabın Multan şəhərində son 48 ilin yağış rekordu qırılıb.
Haydarabad, Sanghar, Tando Allahyar, Tando Məhəmməd Xan, Cəmşoro, Matiari, Badin və Mirpur məktəbləri bu gün hava şəraiti ilə əlaqədar olaraq bağlanıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...