Pakistanda mədən faciəsi: Çox sayda ölənlər var
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhəri yaxınlığındakı mədəndə metan qazından zəhərlənmə nəticəsində azı 11 mədənçi ölüb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, Bəlucistan əyalət hökumətinin mədənlər üzrə baş müfəttişi Əbdül Qani Kakarın sözlərinə görə, metan qazının yığılması insanların ölümünə səbəb olub.
O bildirib ki, mədənçilər təxminən 450 metr dərinlikdə işləyiblər. Xilasetmə qrupları bir neçə saatdan sonra onların cəsədlərini çıxarıblar.
Baş mədən müfəttişi əlavə edib ki, hadisənin səbəblərini və səhlənkarlığa yol verilib-verilmədiyini öyrənmək üçün araşdırma aparılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...