Pakistanda leysan yağışlar və daşqınlar nəticəsində azı 20 nəfər ölüb
Pakistanın bəzi əyalətlərində leysan yağışlar və daşqınlar nəticəsində son 24 saat ərzində ən azı 20 nəfər həyatını itirib.
Pakistan Milli Fəlakət İdarəsi tərəfindən verilən açıqlamada musson yağışlarının Bəlucistan, Pəncab, Sind, Azad Kəşmir və Hayber Paxtunxva əyalətlərində təsirli olduğu bildirilib.Açıqlamada həddindən artıq yağış və daşqınlar nəticəsində son 24 saat ərzində ən azı 20 nəfərin öldüyü, 47 nəfərin yaralandığı qeyd edilib.
Pəncabda 5-i eyni ailədən olan 5 uşaq, 5-i Sind, 2-si Azad Kəşmir və Hayber Paxtunxvada eyni ailədən 9 uşaq olmaqla 12 nəfər ölüb.
Açıqlamada yüzlərlə kəndin su altında qaldığına diqqət çəkilərək, xüsusilə Sind əyalətinin sahil bölgələrində daha çox yağışın gözlənildiyi barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, iyulun 1-dən bu yana yağan həddindən artıq yağış və daşqınlar nəticəsində 145-i uşaq olmaqla azı 285 nəfər ölüb, 195-i uşaq olmaqla 529 nəfər xəsarət alıb. 1924-ü tamamilə olmaqla 19 min 516 evə ziyan dəyib.
Pakistanın bir çox şəhərində hər il iyul-sentyabr ayları arasında təsirli olan musson yağışları ölkədə yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...