22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pakistanda havanın çirklənməsi səbəbindən təhsilə 1 həftə ara verilib.

04-11-2024
IMG

Pakistanda hava çirkliliyinin rekord həddə çatdığı Lahorda bütün ibtidai məktəblərdə təhsil 1 həftə müddətinə dayandırılıb.

“Dawn” qəzetinin məlumatına görə, hakimiyyət Pakistanın Pəncab əyalətinin Lahor şəhərində davam edən havanın çirklənməsinə qarşı müxtəlif tədbirlər görüb.Dövlət rəsmiləri havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin 1 həftə müddətinə dayandırılacağını açıqlayıb.

Pəncabın baş naziri Marriyum Aurangzeb mətbuat konfransında yüksək səviyyəli hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirib və məktəblərdə maskaların taxılmasının məcburi hala gətirilməli olduğunu vurğulayıb.

Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının  məqbul  hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb  və Lahor dünyada havanın ən yüksək  çirklilik səviyyəsinə malik şəhər olub.

Paylaş: