Pakistanda güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 8 nəfər ölüb, 12 nəfər yaralanıb.
Fhnews.az xəbər verir ki, ölkənin Yerli təbii fəlakət idarəsinin rəsmisi Ənvər Şahzadın sözlərinə görə, əyalətinin bəzi bölgələrində güclü yağış səbəbindən evlərin damları uçub, daşqınlar baş verib və bəzi yollar bağlanıb.
Şahzad leysan yağışların səbəb olduğu sel və digər hadisələrdə əksəriyyəti uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib. Əyalətdə daşqın və damın uçması nəticəsində 12 nəfərin xəsarət aldığını vurğulayan Şahzad 2 uşağın seldə itməsi ilə bağlı məlumatı paylaşıb: “Ölənlərdən 3-ü bir ailədən olan 3-7 yaşlı bacı-qardaşdır”.
Səlahiyyətlilər təhlükəsizlik tədbirləri səbəbiylə bölgədə bəzi yolların bağlandığını açıqlayıb.
Qeyd edək ki, martın 2-də Hayber-Paxtunxva əyalətində leysan yağışlar nəticəsində bəzi evlərin damlarının uçması, bəzi evlərin sürüşmə nəticəsində torpaq altında qalması 30 nəfərin həyatına son qoymuşdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...