Pakistanda dəmir yolu stansiyasında partlayış olub, azı 20 nəfər ölüb
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində yerləşən “Kvetta” dəmir yolu stansiyası yaxınlığında partlayış baş verib.
Fhnews.az xəbər verir ki, partlayış nəticəsində azı 20 nəfər ölüb, 40-dan çox adam yaralanıb.
Əraziyə dərhal xilasetmə qrupları və təcili yardım briqadaları cəlb olunub, yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə edilib.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Bunun terror aktı olub-olmaması ilə bağlı əlavə araşdırmalara başlanılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...