Pakistanda bombalı hücum: 6 polis ölüb
Milli mətbuatda yer alan xəbərlərə görə, Hayber Paxtunxva əyalətinin Bacaur bölgəsində poliomielitdən peyvənd edən tibb işçilərini qoruyan polis maşınına bombalı hücum olub. Nəticədə 6 polis məmuru həyatını itirib, 23-ü isə yaralanıb.
Fhnews.az xəbər verir ki, Pakistan Müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakar hücumu şiddətlə qınayaraq poliomielit xəstəliyi bitənə qədər peyvəndin davam edəcəyini vurğulayıb.
Xayber-Paxtunxvada fəal olan Pakistan Talibanı (TTP) hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü açıqlayıb. TTP bu peyvəndin "Qərb ölkələrinin uşaqları sterilizasiya etmək üçün istifadə etdiyi bir sui-qəsd olduğunu" iddia edir.
Qeyd edək ki, 1994-cü ildə başlanan poliomielitlə mübarizə kampaniyası çərçivəsində Pakistan 2017-ci ildə orta illik yoluxmaların sayını 20 mindən 8-ə endirib. 2017-ci ildən sonra poliomielit hallarının artdığı Pakistanda 2018-ci ildə 12, 2019-cu ildə 147, 2020-ci ildə isə 84 hadisə aşkarlanıb. 2022-ci ildə isə ölkədə 20 fakt qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...