Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısına ev sahibliyi edəcək
Pakistan sentyabrın 12-də paytaxt İslamabadda Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin xarici iqtisadi və ticarət fəaliyyətlərinə cavabdeh olan nazirlərinin 23-cü iclasına ev sahibliyi edəcək.
Fhnews.az xəbər verir ki, iclasa Pakistanın ticarət naziri Cam Kamal Xan sədrlik edəcək.
ŞƏT nazirləri ticarətin və regionda iqtisadi rifahın artırılması üçün ölkələr arasında əlaqələrin təşviqində regional əməkdaşlığın gücləndirilməsi yollarına diqqət yetirəcəklər.
Toplantıda nazirlərin apardıqları müzakirələr və əldə olunan nəticələr ŞƏT Hökumət Başçıları Şurasının 2024-cü il oktyabrın 15-16-da İslamabadda keçirilməsi planlaşdırılan növbəti iclası zamanı təsdiqlənəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...