Oxçuçay ərazisinin bitki örtüyünün ekoloji balansını pozan faktorlar - beynəlxalq simpozium
endrologiya İnstitutunun Meşə ekosistemləri laboratoriyasının elmi işçisi Aynur Hüseynova “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumunda “Zəngilan rayonunun Oxçuçay ərazisinin bitki örtüyünün ekoloji balansını pozan faktorlar” mövzusunda məruzə edib.
Fhnews.az xəbər verir ki, bu barədə institutdan bildirilib. Qeyd olunub ki, məruzəçi Zəngilan rayonunun Oxçuçay ərazisində bitki örtüyünün yayılması və inkişafının ölkədaxili təhlili, ekoloji vəziyyətinin qiymətləndirilməsi və meşə formasiyalarının ekoloji balansını pozan faktorların nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, qısa məsafədə təbii landşaftların quru-bozqırlardan dağ meşələrinə doğru tədricən dəyişməsi və onların arasında ekoloji dəhliz rolu oynayan Oxçuçayın təsiri ilə hövzədə unikal əhəmiyyətə və zənginliyə malik biomüxtəliflik yaranıb. Oxçuçay ərazisində meşənin əsas tərkib hissəsi Araz palıdı (Quercus araxina A.Grossh.), Şərq çinarı (Platanus orientalis L.), qovaq (Populus L.), qalan hissəsi isə qarışıq meşəlikdən ibarətdir. Monitorinq zamanı burada 27 ağac, 18 kol və 11 ot bitkisi növü qeydə alınıb. Son iqlim dəyişmələri fonunda artan quraqlıq Oxçuçay ərazisinin bəzi ərazilərində meşəəmələgətirən ağac cinslərinin azalmasına səbəb olub.
A.Hüseynova təəssüflə qeyd edib ki, Oxçuçay və ətraf ərazilərin təbiətinə 30 ilə yaxın davam etmiş erməni hərbi təcavüzü ciddi ziyan vurub. Meşələr talan edilib, sənaye əhəmiyyətli növlər - Şərq çinarı, Araz palıdı, qoz ağacları, göyrüş və s. qırılıb, digər ağac və kol növləri isə yanacaq kimi istifadə edilib.
Xatırladaq ki, avqustun 22-də Türkiyənin Ərzurum şəhərində “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu öz işinə başlayıb. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Odlar Yurdu Universiteti, Ərzurum Texniki Universiteti, Atatürk Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Al-Farabi Qazax Milli Universiteti, Bitki Biologiyası və Bioteхnologiyası İnstitutu (Qazaxıstan), Hüceyrə Biologiyası və Genetik Mühəndisliyi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyası, Kiyev Taras Şevçenko Milli Universiteti, Gürcüstan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Rusiya Dövlət Aqrar Universiteti, Belarus Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Simpozium avqustun 24-dək davam edəcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...