22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ov mövsümü başa çatır

23-02-2024

Azərbaycanda 2023-2024-cü illər üzrə ov mövsümü fevralın 25-də başa çatacaq və ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların ov etməyi qadağan olunur.

Fhnews.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi ovla məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

“Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Həmin müddətdə növlərin çoxalma və miqrasiya dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur", - deyə xidmət rəisi əlavə edib.

Paylaş: