Özbəkistanda tibbi tullantılardan enerji əldə ediləcək
Özbəkistanda Birləşmiş Ştatların “Sayar” şirkəti ilə tərəfdaşlıq çərçivəsində tibbi tullantılardan istilik enerjisi istehsal edəcək “Sayar yaşıl” müəssisəsi yaradılıb.
Fhnews.az Özbəkistan mətbuatına istinadla xəbər verir ki, sərmayəçi, yeni şirkət və İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin təmsil etdiyi hökumət arasında investisiya müqaviləsi aprel ayında imzalanıb və müəssisənin də bu il avqustun 1-də istifadəyə verilməsi planlaşdırılır.
Layihənin həyata keçirilməsinin birinci mərhələsində şirkət Daşkənd, Səmərqənd və Buxara bölgələrində ildə 20 GWh gücündə qurğular işə salmalı və bütün növ tibb müəssisələrindən tədarük olunacaq 6 min ton tibbi tullantının illik istilik emalı üçün 2024-2025-ci illər ərzində 7 milyon ABŞ dolları məbləğində birbaşa investisiya cəlb etməlidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...