Özbəkistanda Fərabinin əlyazması və qədim sikkələr tapılıb
Özbəkistanın Namanqan vilayətində böyük Şərq mütəfəkkiri və alimi Əbu Nəsr Fərabinin əlyazması, habelə qədim silahlar və sikkələr tapılıb. Qiymətli tapıntılar Aksikent Arxeoloji Parkının ərazisindəki “Yenqi Aksi” kompleksində nümayiş etdiriləcək.
Fhnews.az “Vzqlyad.uz” portalına istinadla xəbər verir ki, “Yenqi Aksi” kompleksinin eksponatlar fondu XI-XIV əsrlərə aid daha on qiymətli eksponat, o cümlədən Baktriya və Çin sikkələri, eləcə də orta əsrlər mütəfəkkiri Əbu Nəsr Fərabinin qədim əlyazması ilə zənginləşib.
Namanqanda tapılan qılınc, mütəxəssislərin fikrincə, XI əsrə aid edilir. Bu yaraq döyüşdən sonra qaldığı vəziyyətdə qorunub saxlanılıb. Qılınc Aksikent dəmirçiləri tərəfindən bərk poladdan hazırlanıb. Qlobal polad mərkəzi kimi tanınan Aksikent yumşaq və sərt polad istehsalı ilə tanınır. Bu materiallarının yaradılmasının sirri hələ də açılmayıb.
Baktriya sikkəsi 475-600-cü illərə, Çin sikkəsi isə XIX əsrə aiddir və tarixçi-alim Şerali Koldoşev tərəfindən ətraflı tədqiq edilib.
Burada Əbu Nəsr Fərabinin yazdığı nadir kitab da tapılıb. Onun daha 3 nadir kitabı isə elm, fəlsəfə və tarixlə bağlıdır və unikal bilikləri ehtiva edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...