Özbəkistan karbon qazı emissiyasının azaldılması üçün DB-dan maliyyə vəsaiti alan ilk ölkədir
Özbəkistan enerji sektorunda tullantıların azaldılması sahəsində dövlət siyasətini dəstəkləmək proqramı çərçivəsində Dünya Bankı (DB) tərəfindən əldə edilən nəticələrə görə ödəniş alan dünyanın ilk ölkəsi olub.
Fhnews.az xəbər verir ki, bu barədə özbək mətbuatı DB-nin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Özbəkistan karbon emissiyalarını 500 min ton azaltmağa nail olub. Bu, Özbəkistanda Enerji Sektorunun Transformasiyası üçün İnnovativ Karbon Maliyyəsi (iCRAFT) layihəsi vasitəsilə mümkün olub ki, nəticədə ölkənin enerji səmərəliliyinin artırılmasına, enerji subsidiyalarının azaldılmasına və təmiz enerji mənbələrinə keçidinə kömək edən ilk növ Dünya Bankı layihəsi irəli sürülüb.
Bunun üçün Dünya Bankı əvvəllər bağlanmış müqavilə çərçivəsində Özbəkistana 7,5 milyon dollar qrant ödəyib. Bu vəsaitin bir hissəsi işıq və qaz tariflərinin artırılmasından ən çox zərər çəkən ailələrə maddi yardım göstərilməsinə yönəldiləcək.
Dünya Bankının Özbəkistandakı nümayəndəliyinin rəhbəri Marko Mantovanelli ölkəni bu nailiyyət münasibətilə təbrik edib.
Özbəkistan 2018-ci ildə Paris İqlim Sazişini ratifikasiya edərək, 2030-cu ilə qədər ÜDM-nin vahidinə düşən xüsusi istixana qazı emissiyalarını (karbon dioksid, metan, azot oksidi) 2010-cu ilin baza səviyyəsindən 10 faiz azaltmaq öhdəliyi götürüb. Bu ölkə 2021-ci ildə qarşıya yeni məqsəd qoyaraq, öz öhdəliklərini artırıb; 2030-cu ilə qədər ÜDM-nin vahidinə düşən xüsusi istixana qazı emissiyaları 2010-cu il səviyyəsindən 35 faiz az olmalıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...