Ötən il İtaliyada qızmar istidən 13 minədək ölüm qeydə alınıb
Avropada keçən il yüksək temperatur səbəbindən 47,6 mindən çox ölüm halı qeydə alınıb. Bunun təxminən dörddəbiri və ya 12 min 743-ü İtaliyada baş verib.
Fhnews.az xəbər verir ki, bu barədə “Nature Medicine” jurnalında dərc edilən yeni araşdırmada deyilir.
Bildirilir ki, mütəxəssislər 2023-cü ilin ən isti il olduğunu qeyd ediblər. “Köhnə qitə” planetin qlobal istiləşməyə ən həssas bölgələrindən biridir və Avropa sakinləri həddindən artıq istilərin ən ağır nəticələrini yaşayırlar.
Araşdırmada son illərdə tətbiq edilən istilik uyğunlaşma sistemlərinin əhəmiyyəti vurğulanıb. Bu sistemlərin həddindən artıq temperaturla bağlı ölüm hallarının əhəmiyyətli dərəcədə azaltmağa kömək etdiyi qeyd olunub. Tədqiqatçıların fikrincə, bu sistemlər olmasa idi ölənlərin sayı təxminən 80 min ölüm və ya faktiki rəqəmdən 80 faiz daha çox olardı.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2000-2019-cu illər arasında Avropada həddindən artıq istilər səbəbindən ildə orta hesabla 176 mindən çox ölüm halı qeydə alınıb.
2020-ci ildən bəri isə qitədə indiyə qədər qeydə alınan ən isti üç il olub. 2022-ci il Avropada həddindən artıq istilərlə əlaqəli 60 min ölüm faktı qeydə alınıb ki, bu da rekord göstəricidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...