22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ötən il Braziliyada meşələrin qırılması 11,6 faiz azalıb

29-05-2024
IMG

Braziliyada 2023-cü ildə 1 829 597 hektar meşə qırılıb ki, bu da 2022-ci illə müqayisədə 11,6 faiz azalma deməkdir.

Fhnews.az xəbər verir ki, bu barədə MapBiomas monitorinq şəbəkəsi məlumat yayıb. meşələrin qırılması ilə bağlı illik hesabatda Braziliyanın iki ən böyük biomunun, Amazon və Cerrado kimi tanınan tropik savannanın ölkədəki ümumi meşəsiz ərazinin 85 faizindən çoxunu təşkil etdiyi bildirilib.

Məlumata görə, MapBiomas 2019-cu ildə meşələrin qırılmasına dair monitorinq aparmağa başladıqdan sonra ilk dəfə olaraq, Cerrado meşəsizləşən əraziyə görə Amazonu geridə qoyub. 2023-cü ildə Cerrado Braziliyada meşələrin qırılmasının 61 faizini, Amazon isə 25 faizini təşkil edib.

Cerradoda 2023-cü ildə bir milyon hektardan çox meşə qırılıb ki, bu da 2022-ci ilə nisbətən 68 faiz çoxdur. Amazonda isə meşələrin qırılması azalaraq 454 300 hektar itkiyə səbəb olub.

Qeyd edək ki, qeyri-hökumət təşkilatları, universitetlər və texnologiya şirkətləri şəbəkəsi olan MapBiomas xəritəçəkmə vasitəsilə Braziliyada torpaqdan istifadədə dəyişiklikləri izləyir.

Paylaş: