Ötən il Aİ-də yeni elektromobillərin sayı 1,5 dəfə artıb
Avropa İttifaqı (Aİ) ölkələrində 2023-cü ildə təxminən 1,5 milyon yeni elektrik avtomobili (hibridlər istisna olmaqla) qeydə alınıb, nəticədə onların ümumi sayı 4,5 milyona çatıb.
Fhnews.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi ("Eurostat") məlumat yayıb.
Bu, təxminən 3 milyon elektromobilin qeydə alındığı 2022-ci ilin göstəricisindən 48,5 % çoxdur.
Elektrikli nəqliyyat vasitələrinin payı keçən il ümumi avtomobil qeydiyyatında 14,6 %-ə çatıb ki, bu da öncəki illərlə müqayisədə artımın davam etdiyini göstərir – 2022-ci ildə 12,1 %, 2021-ci ildə 9 %, 2020-ci ildə 5,3 %.
“Eurostat”dan bildirilib ki, dekabrın sonunda elektrik avtomobilləri Aİ-dəki bütün minik avtomobilləri parkının 1,7 %-ni təşkil edib, lakin bu rəqəmlər ölkələr üzrə ciddi dərəcədə fərqli olub.
Məsələn, Danimarkada elektriklə işləyən avtomobillər bütün minik avtomobillərinin 7,1 %-ni təşkil edib. Oxşar yüksək göstəricilər İsveç (5,9 %), Lüksemburq (5,1 %) və Niderlandda (5,0 %) da müşahidə olunub.
Digər yandan, 14 ölkədə elektromobillərin payı 1 %-dən az olub. Bu baxımdan ən aşağı göstəricilər Kipr, Yunanıstan və Polşada (hər biri 0,2 %) qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...