22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ötən il 100-ə yaxın yeni bitki və göbələk növü aşkarlanıb

27-01-2024

İngiltərənin paytaxtı Londondakı Kev Kral Nəbatat Bağının tədqiqatçıları keçən il 74 yeni bitki və 15 göbələk növü aşkar ediblər.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, müəmmalı növlərin çoxu Antarktidada vulkanın zirvəsi və ya qayalıqlar kimi gözlənilməz yerlərdə tapılıb.

Alimlər bildiriblər ki, yeni aşkarlanan növlərin təcili olaraq qorunması lazımdır. Həmin bitkilərin təxminən dörddə üçü nəsli kəsilmək təhlükəsi altındadır. Avstraliyada milli parkda 9 yeni tütün növü tapılıb. Tədqiqatçılar qeyd ediblər ki, 2023-cü ildə yeni kəşf edilmiş bu bitkilər 10 ən yaxşı növ hesab olunur və dünyanın təbii gözəlliyini, həmçinin möcüzəsini əks etdirir, bundan başqa, biomüxtəlifliyin itirilməsi və iqlim dəyişikliyi təhlükələri barədə ciddi xəbərdarlıqdır.

Araşdırmaya rəhbərlik edən Martin Cek bildirib ki, aşkarlanan bitki və göbələk növlərinin qorunması məsələsi bəşəriyyət üçün potensial istifadə sahələrinin araşdırılması istiqamətində ilk addımdır. Aşkar etdiyimiz bu bitkilər insanda müxtəlif gözəl duyğular yaradır və yaşamı həqiqətən də çox dəyərli edir.

Kev Botanical Gardens tərəfindən 2023-cü ildə kəşf edilən 10 yeni bitki növü bunlardır:

Paylaş: