Ötən həftə Liviyadan 303 miqrant deportasiya edilib
Son bir həftə ərzində ümumilikdə 303 qeyri-qanuni miqrant Liviyadan öz ölkələrinə deportasiya edilib.
Fhnews.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, ötən həftə 162 miqrant Benqazidən Dəkkəyə, 141 miqrant isə Tripolidən Qvineya Bisau və Beninə gətirilib. Deportasiya miqrantların ölkələrinə qayıtmasını asanlaşdıran VHR proqramı vasitəsilə həyata keçirilib.
Məlumatda qeyd edilib ki, bu ilin ötən dövründə Liviya sahillərində 8980 miqrant saxlanılıb, 358 nəfər ölüb, 513 nəfər isə itkin düşüb.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən bəri Liviya Aralıq dənizini keçərək Avropa sahillərinə çatmağa çalışan bəzi afrikalı miqrantlar üçün çıxış nöqtəsinə çevrilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...