Ötən həftə Liviya sahillərində 872 miqrant saxlanılıb
Son bir həftə ərzində Liviya sahillərində 872 miqrant saxlanılaraq geri qaytarılıb.
Fhnews.az xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, miqrantlardan 20-si uşaqdır.
Beynəlxalq Miqrasiya Təşkilatının bəyanatında iki miqrantın cəsədinin çıxarıldığı qeyd edilib. Təşkilatın məlumatına görə, bu il ümumilikdə 11 min 335 miqrant saxlanılıb, 400-ü ölüb, 494-ü isə Liviya sahillərində itkin düşüb.
2023-cü ildə tutularaq geri qaytarılan miqrantların ümumi sayı 17 min 190 nəfər olub.
Xatırladaq ki, 2011-ci ildə Qəddafinin devrilməsindən sonra Liviyada yaranan xaos Afrikadan olan bir çox miqrantı Avropa sahillərinə çatmaq üçün Aralıq dənizini keçməyə sövq edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...