22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ötən həftə ərzində Ukraynada azı 124 min nəfər qrip və COVID-19-a yoluxub

30-10-2024
IMG

Son bir həftə ərzində 124 mindən çox insan kəskin respirator virusu infeksiyası, qrip və COVID-19-a yoluxub.

Fhnews.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Məlumatda bildirilir: “Ukraynada oktyabrın 21-dən 27-dək 124 109 nəfər kəskin respirator virusu infeksiyası, qrip və COVID-19-a yoluxub, onlardan 76 689-u uşaqlardır. Eyni zamanda, 2644 xəstə, o cümlədən 1567 uşaq xəstəxanaya yerləşdirilib, habelə 360 xəstədə COVID-19 qeydə alınıb”.

Səhiyyə Nazirliyinin məlumatına görə, Ternopol və Çernivtsi vilayətlərində “Hepatit C” infeksiyasının epidemiya həddini bir qədər aşması qeydə alınıb.

Ümumilikdə, bu il kəskin respirator virusu infeksiyası, qrip və COVID-19-a 476 738 nəfər yoluxub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz azdır.

Bu günə qədər qripin ağırlaşması ilə bağlı ölüm halları qeydə alınmayıb. Bununla belə, COVID-19-un ağırlaşması səbəbindən 35 nəfər vəfat edib.

Səhiyyə Nazirliyi xatırladıb ki, COVID-19 və qripdən qorunmağın, xüsusilə risk qrupuna daxil olan insanlar üçün ən yaxşı yolu illik peyvənddir.

Bununla belə, qrip peyvəndi COVID-19-dan qorumur və əks effekt verir.

Bu xəstəliklərə qarşı peyvənd bir gündə və ya tövsiyə olunan intervalda həyata keçirilə bilər. Bu, ailə həkimi ilə əlaqə saxlamaqla edilə bilər.

Vətəndaşlara illik qrip peyvəndi tövsiyə olunur, çünki bu xəstəlik inkişaf etdikdə ağırlaşmalara səbəb ola, həmçinin ürəyə, ağciyərlərə, böyrəklərə və digər orqanlara təsir edə bilər.

Oktyabrın 27-nə olan məlumata görə, Ukraynada artıq 50 226 nəfər qripə qarşı peyvənd olunub.

Paylaş: