22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ölüm Vadisinin cəhənnəm istisi

08-06-2024
IMG

Dünyanın ən isti yerlərindən biri kimi tanınan və temperatur rekordlarına ev sahibliyi edən ABŞ-nın Kaliforniya əyalətindəki Ölüm Vadisində havanın temperaturu 51 dərəcəyə çatıb.Xatırladaq ki, Mojave səhrasının bir hissəsi olan bu yer  Şimali Amerikanın ən aşağı, ən quraq və ən isti bölgəsidir. 

Qeyd edək ki, Ölüm Vadisində yerləşən Furnace Creek bölgəsində 10 iyul 1913-cü ildə ölçülən 56,7 °C temperatur dünyada ölçülən ən yüksək temperatur rekordunu saxlayır. Bəzi müasir meteoroloqlar 1913-cü ildə ölçülmüş bu temperaturun mübahisəli olduğunu desələr də, digərləri ölçmənin yanlış olduğunu düşünürlər. Bütün bunlara baxmayaraq, mütəxəssislərin fikrincə, indiyə qədər ən etibarlı alətlərlə ölçülən ən yüksək temperatur 16 avqust 2020-ci ildə ABŞ-nın Ölüm Vadisində 54,4 °C olaraq qeydə alınıb.

Paylaş: