Ölkə ərazisində müşahidə olunan küləkli hava fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək
Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti: Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 metr/saniyə, Göyçayda 18 metr/saniyə, Sabirabadda 17 metr/saniyə, Şəki, Yardımlıda 16 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.
Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...