Ölkə ərazisində müşahidə olunan isti havanın səbəbi nədir?
Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.
Fhnews.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23°, rayonlarda isə 22°-dək isti qeydə alınır.
“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti müşahidə olunmuşdu. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21°, 2021-ci ildə 22°, 2020-ci ildə isə 25°-dək yüksəlmişdi”, - deyə G.Məmmədova bildirib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...