Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir
Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 20:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, hazırda Maştağa, Balakən, Zaqatala, Gəncə, Gədəbəy, Daşkəsən, İmişli, Tovuz, Beyləqan, Ağcabədi, Yevlax, Ağstafa, Göygöl, Şəmkir, Ağdam, Ağsu , Tərtər, Astara, Lerik, Lənkəran, Yardımlı, Mingəçevir, Şəki, Kürdəmir, Sabirabad, Zərdab, Goranboy, Naftalan, Xınalıq, Xaçmaz, Quba, Qusar, Xaltan, Cəfərxan, Cəlilabad, Şabran, Ordubad, Ceyrançöl, Oğuzda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.
Narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Gəncə, Daşkəsən, Mingəçevir, Tərtərdə 24-30 metr/saniyə, sarı xəbərdarlığa uyğun olaraq isə Yevlax , Bərdə, Sədərək, Şəmkirdə 20 metr/saniyə təşkil edir.
Gədəbəy rayonunun Düzyurd kəndinə saat 13:00 radələrində diametri 14-16 millimetr olan dolu düşüb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...