Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb – Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin aprelin 8-i saat 8:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
Fhnews.az xəbər verir ki, Xidmətdən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.
Düşən yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...