Onkoloji xəstəliklə bağlı əlilliyi olan şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yeni xidmət istiqaməti olaraq ötən ilin noyabr ayından onkoloji xəstəliklə əlaqədar əlilliyi olan şəxslərə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri göstərilir.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin xidmətlər ötən dövrdə artıq 219 şəxsi əhatə edib.
Agentliyin reabilitasiya mərkəzləri tərəfindən onlar üçün ambulator, səyyar və ya onlayn formada fərdi və qrup seanslar həyata keçirilir.
Onkoloji xəstələrin sosial-psixoloji xidmətlə təmin edilməsi onlarda stress səviyyəsinin azaldılması, kədər və yalnızlıq hisslərinin, bədbinliyin aradan qaldırılması, reabilitasiya prosesinin dəstəklənməsi məqsədi daşıyır.
Xidmət çərçivəsində həmin şəxslərin ailə üzvləri də emosional dəstək və qayğı göstərmək bacarıqlarının gücləndirilməsi məqsədilə psixo-maarifləndirmə tədbirlərinə cəlb edilirlər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...