On səkkiz yaşınadək əlilliyi olan şəxslər üçün 4 yeni sosial xidmət mərkəzi yaradılacaq
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün yeni sosial xidmət mərkəzləri yaradılacaq.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni mərkəzlərin Bakının Yasamal rayonunda və Hacıqabul, Göyçay, Ağdam rayonlarında yaradılması nəzərdə tutulub.
Yaxın vaxtlarda istifadəyə veriləcək həmin 4 yeni ixtisaslaşmış sosial xidmət mərkəzində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə fəaliyyət və tədbirlər də həyata keçiriləcək.
Məqsəd həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşmasını, çatışmazlıqların korreksiyasını, onların sosial statusunun bərpa edilməsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
Son illərdə Abşeron rayonunda və paytaxtın Sabunçu və Nərimanov rayonlarında belə mərkəzlər yaradılıb. Ötən dövrdə həmin mərkəzlərdə 650-dək uşağın reabilitasiyası işləri uğurla başa çatıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...