Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından verilən xəbərə görə, Günəş aktivliyinin artması hesabına M sinif (R1-R2-minor-radiodalğaların yayılmasını zəif əngəlləyə bilən) alışmaların, eyni zamanda, X (R3-güclü) alışmaların olacağı proqnozlaşdırılır. Bu gün saat 12 radələrindən başlayaraq 6 oktyabr da daxil olmaqla Yerin geomaqnit sahəsində qasırğalar müşahidə olunacaq. Oktyabrın 5-6-da geomaqnit qasırğalar G3 (güclü) səviyyədə baş verəcək. Oktyabrın 6-dan etibarən geomaqnit qasırğasının zəifləyəcəyi, fon səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...