Okeanın ortasındakı xəyalət şəhərin sirri açılır
Sakit Okeandakı Temven adasının LiDAR lazer skanları itirilmiş Nan Madol şəhərinin geniş və təkmil kənd təsərrüfatı sistemlərini üzə çıxarıb. Mütəxəssislər bu tapıntıların Sakit okean adalarında qədim mədəniyyətlərin tarixini yenidən yazmaq potensialına malik olduğunu bildiriblər.
“Sakit Okeanın Venesiya”sı kimi də tanınan bu meqalitik daş şəhər əfsanəvi Atlantida ilə müqayisə edilir və hətta 1928-ci ildə kəşf xəbərinə əsaslanaraq “Cthulhu çağırışı”nı yazan qorxu yazıçısı Lovecrafta ilham verib.
Nan Madolun xarabalıqları UNESCO-nun Ümumdünya İrsi kimi qorunur. LiDAR texnologiyası ilə aparılan hava skanları şəhərin altında geniş əkinçilik sahələrini və suvarma sistemlərini aşkar edib. Bu kəşf Sakit okean adalarında qədim mədəniyyətlərin tarixini yenidən yazmaq üçün maraqlı mənbədir. Baltimor Mədəni Landşaft Tədqiqat və İdarəetmə Fondunun rəhbərlik etdiyi tədqiqatçılar Nan Madol ətrafındakı tropik bitki örtüyündə gizlənmiş su yollarının və suvarma terraslarının xəritəsini çəkiblər. Araşdırmalar göstərir ki, bu daş şəhər 1100-1628-ci illər arasında mühüm yaşayış məntəqəsi olub və XVII əsrdə dağılıb.
Temven adasından əldə edilən tapıntılar göstərir ki, bu qədim cəmiyyətlər mürəkkəb kənd təsərrüfatı planlaşdırması ilə seçilib. Nan Madolu qorumaq üçün ABŞ Meşə Təsərrüfatı Xidməti yerli insanlara adanın vəhşi bitki örtüyünə nəzarət etməyi öyrədib. Bu təlimlər sürətlə böyüyən manqrov ağacları ilə mübarizə üçün xüsusilə vacibdir. Tədqiqatçılar LiDAR məlumatlarını təhlil etmək üçün müxtəlif proqramlardan istifadə ediblər. Bu texnologiya şəhər su yollarının və kənd təsərrüfatı sahələrinin təfərrüatlarını ortaya çıxarıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...