22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

01-07-2024
IMG

Şimal qütb dairəsinin okean dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib.

Fhnews.az “Science Alert” saytına istinadla xəbər verir ki, hidrotermal mühit Norveçin Svalbard sahillərindən 3 min metr aşağıda, əvvəllər kifayət qədər maraqla qarşılanan sualtı dağ silsiləsi olan Knipoviç silsiləsi boyunca tapılıb. Dənizin dibində vulkanik proses istiliyin içəridən sızmasına səbəb olaraq burada kimyəvi reaksiyalar yaradır. Bu ərazinin uzunluğu bir kilometr, eni isə 200 metrdir.

Almaniyanın Bremen Universitetinin dəniz geoloqu Gerhard Bohrmann vəziyyəti izah edərək bildirir ki, su maqma tərəfindən qızdırılaraq çatlar vasitəsilə okeanın dibinə daxil olur. Alimlər İslandiyanın şimalında demək olar ki, bütün silsilələr boyunca hidrotermal aktivliyi müşahidə etsələr də, Knipoviç silsiləsi tam mərkəz olaraq özünü göstərib.

Hidrotermal sahələr ən maraqlı dənizaltı mühitlərdən biridir. Onlar adətən okean səthinin dərinliklərində nəzərə çarpırlar. Günəşdən gələn işıq həmin mühitin üstündəki böyük su həcminə nüfuz edə bilmir. Belə olan halda dərinliklərdə daimi qaranlıq, dondurucu soyuq müşahidə edilir. Bu mühit həyat üçün tam əlverişli olmasa da, hidrotermal ventilyasiyalar üçün uyğundur. Suya sızan və orada həll olunan minerallar əksər canlılar kimi fotosintezə deyil, xemosintezə əsaslanırlar.

Hidrotermal sahələrin aşkarlanması Yerin biomüxtəlifliyini qorumağa çalışmaq və onun necə fəaliyyət göstərdiyi haqqında daha çox öyrənmək, həmçinin planetin hansı quruluşda olduğunu, zamanla necə dəyişdiyini anlamaq üçün olduqca vacibdir. Bundan əlavə, yeni tapıntı dünyamızı əhatə edən suların kimyasını başa düşməyə kömək edə bilər.

Kəşflə bağlı ilkin məlumat “Scientific Reports” jurnalında dərc olunub.

Paylaş: