22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Okeanda möhtəşəm kəşf

28-08-2024
IMG

Araşdırmaçıların 'İtirilmiş Şəhər' adlandırdığı Atlantik Okeanında 1268 metr dərinlikdəki qayalıq ərazidə həyatın mənşəyinə dair ipuçlarının tapıldığı iddia edilib. Alimlər həyatı təşkil edən kimyəvi birləşmələrin sirrini açmağa çox yaxın olduqlarını bildiriblər. Alimlər kəşf etdikləri 1 mil uzunluğundakı əraziyə "İtirilmiş şəhər" və "Cənnət bağı" adını veriblər. 

30 nəfərlik bir qrup Atlantik okeanının ortasında dəniz dibinin bir bölgəsində dərin qazma işləri apararaq, təxminən bir mil çox nadir qayalıq material aşkar edib. Daha əvvəl bu qədər böyük və dərin bir nöqtədən nümunə götürülməyib. Massaçusets ştatının Keyp Kod şəhərindəki Woods Hole Okeanoqrafiya İnstitutunun ekspedisiya üzvü Frider Klein deyir ki, bizim  planetdə həyatın yaranmasında iştirak etdiyi güman edilən prosesləri sistematik şəkildə öyrənməyə imkan verəcək daşlardan ibarət xəzinəmiz var. Orta okean silsiləsi olaraq bilinən qayalıq bölgələrinin mineralları soyuq dəniz suyuna daşıyan yarıqlarla dolu olduğu ifadə edilərkən, elm adamları milyardlarla il əvvəl quru həyatına səbəb olan geokimyəvi reaksiyaları qaynar bulaqların və ya altındakı qayaların qidalandırdığını irəli sürürlər. Qeyd edilir ki, alimlər son vaxtlar bu nəzəriyyəni dəstəkləyən ipuçlarına görə axtarışlarını sürətləndirib.

Paylaş: