Od çərşənbəsində növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
Novruz bayramı ərəfəsində keçirilən ikinci çərşənbə - od çərşənbəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Neptun” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Fhnews.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Xırdalan şəhərindəki “Neptun” hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Nazirlik hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa dəvət edir.
Aksiya martın 5-də saat 14-də Xırdalan-Binəqədi şosesindəki (Respublika Dövlət Yol Polisi İdarəsinin yanı) “Neptun” hipermarketinin qarşısında keçiriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...