Nyu-Yorkda həddindən artıq istilər səbəbindən metal körpünün mexanizmi sıradan çıxıb
ABŞ-nın Nyu-York şəhərində Bronks və Manhetteni birləşdirən Harlem çayı üzərində açılıb bağlanan metal körpünün mexanizmi həddindən artıq istilər səbəbindən sıradan çıxıb.
Yerli mətbuatda əksini tapan xəbərdə 3-cü küçə körpüsünün polad elementlərinin istidən genişləndiyi, kilidləmə mexanizminin açıq olduğu zaman ilişib qaldığı bildirilib.Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanarkən, video görüntülərdə yanğınsöndürən qayıqların poladı soyutmaq üçün çaydan su çiləyərək körpünün üzərinə səpdiyi görünür.
1898-ci ildə sökülə bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur.
Xatırladaq ki, Nyu-Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə ilə qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...