Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb
Güclü qış fırtınası ABŞ-ın şimal-şərqinə doğru irəliləyib və Nyu-Yorka son iki ilin ən güclü qarı yağıb.
Fhnews.az CNN telekanalına istinadla xəbər verir ki, fırtına səbəbindən əksəriyyəti Nyu-York, Boston və Nyu-Cersidəki əsas hava limanları olmaqla, 1100-dən çox uçuş ləğv edilib, məktəblər bağlanılıb.
Güclü qar Pensilvaniyada 130 mindən çox, Nyu-Cersi, Nyu York, Konnektikut, Merilend, Rhode-Aylend, Massaçusets və Virciniyada isə minlərlə evin elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Küləklə müşahidə olunan yağıntı nəticəsində yollarda avtomobillərin hərəkəti çətinləşib. Polisin məlumatına əsasən, gün ərzində Nyu-Cersidə 250-dən çox avtomobil qəzası baş verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...