Novi Sadda qatar stansiyasının çökməsi 14 nəfərin ölümünə səbəb olub
Serbiyanın ikinci böyük şəhəri olan Novi Sadda qatar stansiyasının beton eyvanının uçması nəticəsində 14 nəfər həyatını itirib, yaralanan 3 nəfər isə xəstəxanada müalicə olunur.
Vağzalın olduğu yerə gələn Serbiyanın Baş naziri Miloş Vuçeviç və Daxili İşlər Naziri İvitsa Daçiç verdiyi açıqlamada binanın 1964-cü ildə inşa edildiyini, hadisənin araşdırılacağını qeyd edib və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Binanın bu yaxınlarda təmir olunduğu, lakin çökmüş beton eyvanın 60 ildir ki, yenilənməməsi baş naziri təəccübləndirib.Hadisə yerinə Serbiya prezidenti Aleksandar Vuçiç də gəlib.
Bu gün ölkədə milli matəm günü elan edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...