Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 19 iyul tarixində “Araz” supermarketlər şəbəkəsinin Nəsimi rayonu, Tbilisi prospekti, Alatava 2 filialında təşkil olunacaq.
Fhnews.az xəbər verir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə edə biləcəklər.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tullantıların düzgün idarə olunmasına yönəlmiş belə aksiyalarda hər kəsi fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.