Notr-Damda 2019-cu ildən bəri ilk dəfə kilsə zəngləri çalındı
Fransanın paytaxtı Parisdə 5 il əvvəl baş verən yanğın nəticəsində zərər görən məşhur Notr-Dam kilsəsində 2019-cu ildən bəri ilk dəfə zənglər çalınıb.Bildirilir ki, Notr-Dam kilsəsi dekabrın 8-də açılacaq. Açılışdan bir ay əvvəl tarixi kilsədən ilk dəfə zənglər çalınıb. Notr-Damın şimal zəng qülləsindəki 8 zəngin səsi günorta saatlarında bütün zənglər bir-birinə uyğun gələnə qədər bir-bir çalmağa başlayıb.
Qeyd edək ki, Gabriel adlı ən ağır zəngin çəkisi 4 tondan çox, ən yüngül zəngin çəkisi isə 800 kiloqramdır.
Xatırladaq ki, 1163-1345-ci illər arasında tikilmiş Parisin simvollarından biri olan Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də yanğın baş vermişdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...