Norveçdə son 30 ilin ən güclü qasırğası
Norveç Meteorologiya İnstitutu güclü küləklərin Norveçin şimalında təsirli olduğunu, cənubda isə güclü yağışın gözlənildiyini açıqlayıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar sürüşmə və qar uçqunları ilə bağlı xəbərdarlıq edilib və ölkənin şimal bölgəsində yolların bağlanacağı bildirilib.
Norveçin Su Ehtiyatları və Enerji Müdirliyi ölkənin cənub və mərkəzi hissələrinin böyük hissəsi üçün yüksək səviyyəli uçqun təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Yerli mətbuatda bəzi bölgələrdə sürəti saatda 180 kilometrə çatan fırtınanın son 30 ildə ölkədə müşahidə olunan ən güclü fırtına olduğu bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...