Norveç Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırır
Norveç Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verib.
Fhnews.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli açıqlayıb.
Bildirilib ki, bu gün Türkiyə və Norveçin xarici işlər nazirləri Hakan Fidan ilə Espen Bart Eide arasında telefon danışığı olub. Norveçin XİN rəhbəri ölkəsinin 2019-cu ildə Türkiyəyə qarşı tətbiq etdiyi müdafiə sənayesi məhdudiyyətlərini aradan qaldırmağa qərar verdiyini bildirib.
Nazir Fidan sözügedən qərardan məmnunluğunu ifadə edərək bu cür məhdudiyyətlərin müttəfiqlik ruhuna uyğun olmadığını deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...