Norveç rusiyalı turistlərə viza verməyəcək
Norveç Ukraynada davam edən müharibə səbəbindən rus turistlərin ölkəyə girişini daha da məhdudlaşdırmaq qərarına gəlib. Rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoyulacaq.
Fhnews.az “euractiv” saytına istinadla xəbər verir ki, qərara əsasən, turizm və digər "birinci dərəcəli əhəmiyyət daşımayan" məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya vətəndaşlarına viza verilməyəcək. Lakin qohumlarını ziyarət etmək, işləmək və ya təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyənlər üçün istisnalar edilə bilər.
Yeni qaydalar mayın 29-dan qüvvəyə minəcək. Qərar digər şengen ölkələrindən viza alan şəxslərə də şamil olunacaq.
Xatırladaq ki, Norveç 2022-ci ilin sentyabrında Rusiya ilə sadələşdirilmiş viza rejimi barədə müqavilənin fəaliyyətini dayandırıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...