22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Norveç Rusiya sərhədində qanunsuz girişlərə qarşı hasar çəkməyi planlaşdırır

01-10-2024
IMG

Norveçin ədliyyə naziri Emilie Enger Mehl ölkəyə qeyri-qanuni girişlərin qarşısını almaq üçün Rusiya sərhədində məftilli hasar çəkməyi planlaşdırdıqlarını açıqlayıb.

Mehl bəyan edib ki, Norveç hökuməti ölkəyə qeyri-qanuni girişlərin qarşısını almaq və təhlükəsizliyi artırmaq üçün Rusiya sərhədində məftil çəpər çəkilməsi və sərhəddə növbətçi heyətin sayının artırılması kimi müxtəlif tədbirlər üzərində işləyir.Sərhəddə quraşdırılması planlaşdırılan məftilli hasarın tək başına bir maneə olmayacağını bildirən Mehl insanların sərhədə yaxınlaşdıqlarını təsbit etmək üçün naqillərin üzərində sensorların olacağını qeyd edib.

Qeyd edək ki, ötən il Finlandiya NATO-ya üzv olduqdan sonra lazımi sənədləri olmayan 1300-dən çox mühacir Rusiya vasitəsilə ölkəyə daxil olub. Bunun üzərinə Helsinki administrasiyası 28 noyabr 2023-cü ildə Rusiya ilə quru sərhədini bağlayıb. 

4 aprel 2024-cü ildə qəbul edilən qərarla Finlandiya daha əvvəl bağlanmış keçid məntəqələrinin və Rusiya sərhədindəki bəzi limanların qeyri-müəyyən müddətə bağlı qalacağını açıqlayıb. 

2023-cü ildə və bu ilin əvvəlində gələn immiqrantların əksəriyyəti Əfqanıstan, Misir, İraq, Somali, Suriya və Yəmən də daxil olmaqla Yaxın Şərq və Afrika ölkələrindən gəlir.

Paylaş: