Nobel Sülh Mükafatı hansı xidmətlərinə görə “Nihon Hidonkyo” ya verilib?
Xəbər verdiyimiz kimi, bu ilin Nobel Sülh Mükafatının sahibi Yaponiyanın “Nihon Hidonkyo” təşkilatı oldu.Bu səbədən artıq bütün medianın, xəbər portallarının nəzər nöqtəsində bu təşkilatdır.
2024-cü il Nobel Sülh Mükafatı Norveç Nobel Komitəsi tərəfindən Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların yaratdığı “Nihon Hidankyo” təşkilatına Yaponiyada nüvə silahlarından azad bir dünya üçün göstərdikləri səylərə görə verilib. “Nihon Hidankyo” 10 avqust 1956-cı ildə 2-ci Ümumdünya Konfransı zamanı yaradılmışdır.
“Nihon Hidankyo” qurulduğu gündən bəri yarım əsrdən çoxdur ki, nüvə silahından istifadənin vurduğu dəhşətli zərər və insan iztirabları haqqında ifadə vermək üçün dünyanın bir çox yerlərinə Hibakuşa nümayəndə heyətlərini göndərir və Hibakuşanın bir daha baş verməməsini təmin etməyə çalışaraq bütün dünyada “nüvə silahlarından azad dünya” yaratmağa çağırmışdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...