Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşdə keçid hökumətinin başçısı təyin edilib
Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşdə hökumət əleyhinə etirazlar zamanı baş nazir Şeyx Hasina Vacidin ölkəni tərk etməsindən sonra yaradılmış keçid hökumətinin başçısı təyin edilib.
Rəsmilər Banqladeş Prezidenti Məhəmməd Şahabuddin və Tələbə Ayrı-seçkiliyə Qarşı Hərəkat liderləri arasında keçirilən görüş nəticəsində Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun müvəqqəti hökumətin başçısı təyin edildiyini təsdiqləyiblər.
Keçid hökumətinin qalan üzvləri müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra müəyyənləşəcək.
Tələbələrin rəhbərlik etdiyi etirazlar 1971-ci ildə Banqladeşdə Müstəqillik Müharibəsində iştirak etmiş şəxslərin övladlarına dövlət kvotalarının ayrılması qərarından sonra iyulun ortalarında başlayıb.İyulun sonunda Ali Məhkəmənin kvota dərəcələrini azaltması ilə etirazlar başa çatıb.
Nümayişlərdəki zorakılıqlara görə məsuliyyət daşıyan Camaatı İslam Partiyası və onun tələbə qanadının fəaliyyəti qadağan edildikdən sonra küçələrə çıxan etirazçılar bu dəfə nümayişlərdə həyatını itirənlərə ədalət çağırışı ediblər.
Siyasi partiya nümayəndələri ilə görüşən Banqladeş ordusunun komandanı general Vaker-Uz-Zaman Hasinanın istefa verdiyini və keçid hökumətinin qurulacağını açıqlayıb.Tələbə etirazlarının koordinatorlarından biri olan Nahid İslam ölkədə qurulması planlaşdırılan keçid hökumətinə Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etməsini istədiklərini açıqlamışdı.
Hasinanın uzun müddətdir rəqibi hesab etdiyi 84 yaşlı Məhəmməd Yunus "kasıbların bankiri" kimi tanınır. O, 2006-cı ildə təsis etdiyi Grameen Bankına və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...