Nobel Sülh Mükafatı bu il verilməyə bilər
Nobel Komitəsinin oktyabrın 11-də açıqlayacağı Nobel Sülh Mükafatının bu il heç kimə verilməyəcəyi iddia edilib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun direktoru Den Smit deyib ki, dünyaya nəzər salanda çoxlu münaqişə və düşmənçilik görürəm. Smit bu il sülh mükafatını verməməklə sülh səylərinin qeyri-adekvatlığına diqqət çəkməyin daha yaxşı ola biləcəyini söyləyib.
Qeyd edək ki, Nobel Sülh Mükafatı dünya müharibələri də daxil olmaqla, keçmişdə 19 dəfə dayandırılıb. Sonuncu dəfə mükafat 1972-ci ildə verilməmişdi. Digər tərəfdən, bəzi ekspertlər builki Nobel Sülh Mükafatının favoritləri arasında bir müddət əvvəl İsrail tərəfindən “persona non qrata” elan edilən Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin olduğunu bildirib.
Həmçinin 2024-cü ildə Fələstin və Ukraynadakı müharibələrin kölgəsində Nobel Komitəsinin diqqətini dinc əhalinin əzabını yüngülləşdirməyə kömək edən humanitar aktyorlara yönəltmək istəyə biləcəyi də düşünülür.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...