Nitsada yaşayış binasında yanğın: uşaqlar daxil olmaqla 7 nəfər həlak olub
Üç uşaq və bir yeniyetmə daxil olmaqla, yeddi nəfər Nitsadakı yaşayış binasında gecə baş verən yanğında həlak olub.
Fhnews.az “Economic Times”a istinadla xəbər verir ki, daha bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti isə ağırdır. Yanğın Le-Mulen bölgəsindəki binanın 7-ci mərtəbəsində başlayıb, prokurorluq qəsdən yandırmanı mümkün səbəb kimi araşdırır. Yanğınsöndürənlər bildiriblər ki, onlar hadisə yerinə gələndə 7-ci mərtəbədəki mənzildə güclü yanğın başladığını görüblər.
“Nice-Matin” qəzetinin yazdığına görə, ölən 3 uşağın beş, yeddi və on yaşları olub.
Yanğından bir çox insan xilas ola bilib. Yanğın nərdivanının köməyi ilə binadan üç nəfər xilas edilib, alovun söndürülməsində isə 30-dan çox insan iştirak edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...