22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nil çayının "itirilmiş qolu" Misir piramidalarının tikintisinin sirrini aça bilər

17-05-2024
IMG

Misirdə 4 min il əvvəl tikilmiş və əsrarəngiz tikililər kimi tarixə düşən piramidaların Nil çayının “itirilmiş qolu” sayəsində inşa edilmiş ola biləcəyinə dair tapıntılar müəyyən edilib.

“Nature” jurnalında dərc edilən araşdırmada Nil çayının “itirilmiş qolunun” Qahirənin cənub-qərbində yerləşən məşhur Giza piramidaları da daxil olmaqla 31 əsrarəngiz quruluşun inşasında böyük rol oynaya biləcəyi ifadə edilib. 

ABŞ-nın Şimali Karolina Vilminqton Universitetinin apardığı araşdırmada çayın ərəbcə piramida mənasını verən Əhramat adlı qolunun piramidaları əhatə edən ərazidə yerləşdiyi bildirilib.

Araşdırmaçılardan Eman Ghoneim piramidaların böyük sirrinə çatdıqlarını düşündüklərini, tikinti zamanı istifadə edilən materialların su ilə daşındığını, lakin bu kanalın dəqiq yerini və ölçüsünü tapa bilmədiklərini deyib.

Peyk, radar, torpaq və coğrafi qeydlərin ətraflı araşdırılmasından sonra minlərlə il əvvəl qum fırtınaları nəticəsində məhv olan çay qoluna çatdıqlarını ifadə edən Ghoneim sözügedən su yolunun 31 quruluşun düz sərhədində olduğunu ifadə edib. 

Qeyd edək ki, dövrün padşahlarının adını daşıyan Giza piramidaları ən böyüyü Cheops (Kral Xufu), orta piramidası Khafre (Kral Xafre) və kiçiyi Mikerinosdur (Kral Mnkaure) olmaqla ata, oğul və nəvə məzarları kimi hələ də möhtəşəmliyini qoruyur. 

Böyük Cheops Piramidasının dünyanın yeddi möcüzəsindən biri kimi tanınan bölgəsi hər il milyonlarla turisti qəbul edir.

Paylaş: