22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Nil çayında fironları təsvir edən qayaüstü təsvirlər tapılıb

20-07-2024
IMG

Misirin Turizm və Qədim Əsərlər Nazirliyi iyulun 17-də Misir və Fransa arxeoloqlarından ibarət qrupun su altında müxtəlif qayaüstü təsvirlər və yazılar aşkar etdiyini açıqlayıb.Beləki, Nil çayını araşdıran tədqiqatçılar Qədim Misir fironlarını təsvir edən qayaüstü təsvirlər tapıblar. Asvan yaxınlığında edilən kəşf zamanı heroqliflər də tapılıb. Tarixi abidələr illər boyu su altında qalmasına baxmayaraq, yaxşı vəziyyətdə qalıb. 

Qeyd edək ki, tikintisinə 1960-cı ildə başlanan Asvan bəndi Qədim Misir dövrünə aid bəzi arxeoloji sahələrin su altında qalmasına səbəb olub. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı bölgədən mümkün qədər çox tarixi əsəri çıxarmağa çalışıb. Gərgin səylərə baxmayaraq, artefaktların əksəriyyətini vaxtında köçürmək mümkün olmayıb, lakin yeni tapıntılar düşündüyümüzdən daha çox arxeoloji qalıqların xilas edildiyini göstərir. 
Yeni aşkar edilmiş qayaüstü təsvirlər arasında III. Amenhotep, IV. Tutmos, II. Psamtik və Hofra kimi fironların təsvirləri var. Bunlardan ilk ikisi təxminən eramızdan əvvəl 1400 - eramızdan əvvəl 1352-ci illərdə, digər ikisi isə təxminən eramızdan əvvəl 595 - 570-ci illərdə hökmranlıq edib. 

Açıqlamada oyma və heroqliflərin yaxşı qorunduğu bildirilsə də, yazıların məzmunu ilə bağlı ətraflı məlumat verilməyib. Tədqiqatçılar hazırda sualtı artefaktların təsvirlərini təfərrüatlı şəkildə qeyd etməyi hədəfləsələr də, gələcək dalışlarda daha çox artefaktın tapılacağı gözlənilir. 

Qədim Misir dövründə ölkənin cənub sərhəddinə yaxın olan Asvan mühüm əhəmiyyət kəsb edirdi. Ticarət yolu üzərində yerləşən şəhər həm də hərbi baza kimi xidmət edirdi. Asvan Əbu Simbel kimi məbədlərə ev sahibliyi edib. Burada II. Ramsesin hər birinin hündürlüyü 21 metrə çatan 4 nəhəng heykəli də var.

Paylaş: